Tikinti auditi
Tikinti auditi - tikinti layihəsi investorunun, kreditorunun və ya sifarişçisinin maliyyə maraqlarının qorunmasına yönəlmiş maliyyə və texniki nəzarət tədbirləri kompleksidir. Əslində bu, tikintinin iqtisadi parametrlərini təhlil etmək üçün bir tikinti yoxlamasıdır. Tikintidə audit adətən bir neçə növ tikinti ekspertizasını, həmçinin layihə-smeta sənədlərinin yoxlanışını əhatə edir və inşaat sektorunda vəziyyətin şəffaflaşdırılması məqsədini daşıyır. Sifarişçi tərəf bu xidməti tikintinin istənilən (layihələndirmə zamanı, obyektdə tikinti-quraşdırma işləri zamanı, tamamlanmış obyekt istismara verildikdən sonra) mərhələsində həyata keçirilə bilər. Tikinti auditinin vaxtında aparılması podratçı ilə olan münasibətlərə müsbət təsir göstərir. Bu proses podratçının qarşıya qoyulmuş vəzifələri nə qədər doğru və vaxtında icra etməsini aşkar etməyə imkan yaradır.
Tikinti auditi xidmətimiz aşağıdakıları əhatə edir:
Yerinə yetirilən və yerinə yetirilməyən işlərin həcmi, o cümlədən dəyərinin müəyyən edilməsi;
Başa çatdırılmış tikinti-quraşdırma işlərinin keyfiyyətinin müəyyən edilməsi;
Tikinti konstruksiyalarının texniki vəziyyətinin qiymətləndirilməsi;
Aşkar edilmiş qüsurların aradan qaldırılması üzrə işlərin dəyərinin müəyyən edilməsi;
Layihəni başa çatdırmaq üçün tələb olunan işlərin həcm və dəyərinin müəyyən edilməsi;
Material və avadanlıqların real bazar dəyərinin müəyyən edilməsi;
Tətbiq edilmiş smeta vahidi qiymətlərinin layihə-müqavilə sənədlərinə, habelə faktiki tikinti şərtləri ilə uyğunluğunun müəyyən edilməsi;
Aşkar edilmiş qüsurların tikinti müddətinin artmasına və tikintinin dəyərinə olan təsirinin müəyyən edilməsi;
İlkin icazə və icra sənədlərinin təhlilinin aparılması.
Aşağıdakı hallar baş verdikdə bizə müraciət edə bilərsiniz:
Podratçı tərəfin fəaliyyətinə etibar göstərmədikdə
Görülən işlərin həcmi və keyfiyyəti ilə bağlı mübahisələr yarandıqda
Obyektin sahibi dəyişdikdə
Tamamlanmamış tikinti sahəsində tikinti işlərinin bərpası zamanı
Tikinti sahəsində podratçı dəyişdirilərkən
Tikinti sahəsində faktiki yerinə yetirilən işlərin həcm və keyfiyyətini təyin edərkən
Bu xidməti AS İnşaat şirkətindən almağın üstünlüklərimiz:
Təcrübəmiz var
Sizə 3 və ya 5 illik deyil, inşaat sektorunda olan 19 illik təcrübəmizi nümunə göstərə bilərik. Ölkəmizdə tikilən layihələrin hamısında iştirak etmək imkanımız olmasa da, bir çoxlarının yoxlanılmasında iştirak etmişik.
Mütəxəssislər
Müxtəlif həcmli və təyinatlı layihələrin tikinti auditini həyata keçirmək üçün əlimizdə kifayət qədər mütəxəssis mövcuddur. Bizə komandanı formalaşdırmaq üçün yoxlanılması tələb olunan layihəni göstərməyiniz kifayətdir.
Hesabatlılıq
Biz şəffaflığın tərəfdarıyıq. Ona görə də Sizə təqdim edəcəyimiz hesabatda layihə ilə bağlı bütün detalları qeyd etməyi özümüzə borc bilirik. Əgər bu sahədən uzaq birisinizsə, o zaman Sizə qaranlıq qalan suallara da aydınlıq gətirə bilərik.
Məsləhət veririk
Başqa sahələri deyə bilmərik, lakin inşaat sektorunda nəticəyə yönəlik məsləhətlər vermək üçün ciddi təcrübə tələb olunur. Biz verəcəyimiz məsləhətin dəyərini və Sizə olan faydalarını da yaxşı başa düşürük. Bu sahədə adımızın qarşısında duran AS sözünün şahidi ola bilərsiniz.
Bizə etibar etdilər