Layihələndirmə xidməti

Bu işin ilk addımları Sizin fikir və təxəyyülünüzdən başlayır. Məhz buna görə də biz layihələndirmə işini istənilən inşaat prosesinin başlanğıc mərhələsi hesab edərək, bu xidməti öz aramızda 0 nöqtəsi adlandırırıq. Buna səbəb inşaat sektorunda layihənin həcmindən və təyinatından asılı olmayaraq bütün işlərin başlanğıcının doğru şəkildə hazırlanmış layihə planından keçməsidir. Biz də AS İnşaat şirkəti olaraq 19 ildir şəhər və bölgələrimizdə bir çox layihələrin memarı kimi çıxış edirik. Əgər Sizin də ərsəyə gətirmək istədiyiniz hər hansı bir layihə varsa, onun bütün mərhələlərini bizimlə birlikdə həyata keçirə bilərsiniz. Formalaşdırdığımız işin nəticəsindən birlikdə zövq almaq üçün Sizə dəstək olmağa hazırıq. 

Layihələndirmə xidməti
Layihələndirmə xidməti aşağıdakıları əhatə edir:
Memarlıq həlləri - Layihənin üslubu, konstruktivliyi, mühəndislik və texniki komponentlərinin müəyyən olunması. Layihənin ümumi vizualı, eləcə də funksional parametrləri, erqonomika və planlaşdırma sxeminin hazırlanması;
Konstruktiv həllər - Layihə strukturun etibarlılığını, möhkəmliyini, davamlılığını və s. təmin edən dəstəkləyici tərəflərin işlənilməsi. Bu mərhələdə həmçinin obyektin təyinatı, istifadə olunan tikinti materialları növlərinin qəbul edilmiş dizayn sxemləri ilə uyğunluğunun yoxlanılması;
Texnoloji layihələndirmə - Bu mərhələ özündə tikinti proseslərinin və işlərinin həyata keçirilməsi üçün istifadə olunacaq optimal texnoloji həllərin işlənib hazırlanmasını əks etdirir;
Geotexniki proqnoz – Bu hissə layihənin yerləşəcəyi yerdə torpağın gərginlik-deformasiya vəziyyətindəki dəyişikliklərin hesablamasını özündə əks etdirir. Bu metod üç ölçülü şəraitdə kompüter modelləşdirmə üsulu ilə həyata keçirilir.
Tikinti konstruksiyaları - Layihədə mövcud həllərin faktiki möhkəmliyini, dayanıqlığını və sərtliyini müəyyən etmək üçün tikilinin və ayrı-ayrı konstruktiv elementlərin hesablanıldığı mərhələdir.
AS İnşaat ilə layihələndirmə xidmətinin üstünlükləri: 
Praktik həllər
Xəyallarınızdan imtina etməyə tələsməyin. Əgər ağlınızda hər hansı bir layihənin ideyası və ya yazılı cızma-qarası varsa, Sizi istiqamətləndirməyə hazırıq. Əlimizdə olan praktik həll yolları ilə Sizin layihəni daha mükəmməl bir sənət əsərinə çevirə bilərik.
Texnoloji Yeniliklər
Bu işin ən gözəl tərəfi texnologiya ilə vəhdət təşkil etməsidir. İstər layihənin icrası, istərsə də hər hansı bir hissəsinin avtomatlaşdırılması istəyirsinizsə, o zaman bizim mütəxəssislərlə görüşməyinizi tövsiyə edirik. Layihənizə texnoloji yeniliklər tətbiq etməyə şad olarıq.
Layihə koordinatoru
Layihələndirmənin hər bir prosesində iştirakınızı təmin etməyə şad olarıq. Bu həm işimizi sürətləndirəcək, həm də nəticə hər iki tərəfin istədiyi kimi olacaq. Ortaq bir layihənin icra olunması üçün Sizi bizim yanımızda görməyə şad olarıq.
Orijinallıq
Unikal bir layihə işləmək istəyirsinizsə, biz buna da hazırıq. Layihənin unikallığına və eksklüzivliyinə belə şübhəniz olmasın. Bütün insan resurslarımızı səfərbər edərək təsəvvürünüzdə olan obyektin layihələndirilməsini həyata keçirə bilərik.
Bizə etibar etdilər