Smeta hazırlanması xidməti

Şirkətimizin əsas fəaliyyət istiqamətlərindən biri də bütün növ özəl və dövlət layihələrində tikinti işləri üzrə smeta sənədlərinin hazırlanmasıdır. Layihənin smetasını hazırlayarkən ən vacib məqam tikinti bazarındakı real vəziyyəti əks etdirməkdir. Bu proseslər zamanı materialların müxtəlifliyi, işlərin həcmi, xidmətlərin çeşidliliyi arasında Sizə uyğun olanları seçmək və eyni zamanda onların tam dəyərini doğru hesablamaq lazımdır. İşimizdən razı qalmağınız üçün AS İnşaat şirkəti olaraq hazırladığımız smeta zamanı materialların anbardan tikinti sahəsinə daşınması, sərf olunan vaxt, enerji kimi xırda detalları da nəzərə almağa çalışırıq.

Smeta hazırlanması xidməti
Aşağıdakı istiqamətlər üzrə smetanın hazırlanması həyata keçiririk:
Müxtəlif təyinatlı özəl və dövlət səviyyəli tikinti işləri üçün smetanın çıxarılması;
Avtomobil yollarının yenidən qurulması və təmir olunması üzrə smetanın çıxarılması;
Təmir olunacaq yaşayış və qeyri-yaşayış obyektləri üzrə smetanın çıxarılması;
Avadanlıqların demontaj olunması üzrə smetanın çıxarılması;
AS İnşaatda smeta sənədlərinin hazırlanmasını sifariş etmək üçün səbəblər:
Sürətli iş
Zamanın Sizin üçün nə qədər dəyərli olduğunu anladığımız üçün işimizi sürətli və keyfiyyətli şəkildə görməyə çalışırıq. Bunun üçün lazım olan məlumatları dolğun şəkildə bizə çatdırmağınız kifayətdir ki, işlərə başlayaq. Sürətimizi test etmək üçün zəng edə bilərsiniz.
Peşəkar yanaşma
Tikinti sahəsində olan real iş təcrübəmiz, potensial kadrlarımızın mövcudluğu, bütün proqramların, indekslərin və standartların hər ay yenilənməsi bizə doğru smeta sənədlərini hazırlamağa imkan verir.
Optimal qiymət
Smetaların hesablanmasını daxili komanda hesabına hazırladığımız üçün xidmət üzrə qiymətlərimiz münasibdir. Bundan əlavə əlimizdə olan müxtəlif smeta bazası Sizə təxmini qiymətlərlə bağlı operativ məlumat verməyə imkan yaradır.
Kompleks yanaşma
Biz təkcə smetaların hazırlanması üzrə ixtisaslaşmamışıq. İşinizə kompleks yanaşmaq üçün tikinti işləri başlanılacaq əraziyə gələrək, ölçmə işləri aparıb, işin həcmi barədə müvafiq sənədlər tərtib edə bilərik. Sizə hərtərəfli xidmət göstərməyə məmnun olarıq.
Bizə etibar etdilər