Planlama xidməti
Planlama işi - həm tikinti layihələrinin idarə edilməsi, həm də icrasını əhatə edir. Bu, layihənin idarə edilməsi qruplarına layihənin bütün dövrü ərzində resursları koordinasiya etməyə, eləcə də tamamlama məqsədlərinə nail olmağa imkan verir. Effektiv tikinti planlaşdırması icra olunacaq layihənin hər nöqtəsini nəzərə alaraq, görüləcək işi müasir biznes idarəetmə üsulları ilə birləşdirir. AS İnşaat şirkəti olaraq planlama prosesində hər bir mərhələsini (başlanğıc, planlaşdırma, icra, monitorinq və təhvil vermə) əhatə etməyə çalışırıq. Biz layihənin planlaması zamanı olar və olmazlarımızı öncədən müəyyən etməklə, proseslərin icrası zamanı qərar qəbul etmə mexanizmlərini sadələşdiririk. Bu kimi planlama və idarəetmə metodları Sifarişçi tərəflərin dəyərlərinə, müəyyən edilmiş prosedurlara, həmçinin işlərin sürətli irəliləməsinə müsbət təsir edir. Məhz bu kimi özəl xüsusiyyətlərə görə inşaat sektorunda hər zaman planlama işi xidməti üzrə seçilmiş şirkətlər sırasında qalmaqda davam edirik.
İşinizin planlı olması üçün Sizə dəstək göstərməyə hazırıq:
Layihə üzrə görüləcək işlərin həcminin planlaması;
Layihənin bütün elementlərinin inteqrasiya planının hazırlanması;
Layihə zamanı vaxtın idarə edilməsi və layihənin qrafik planının hazırlanması;
Büdcə planın hazırlanması;
Keyfiyyətə nəzarət planının hazırlanması;
İnsan resurslarından səmərəli istifadə planının hazırlanması;
Daxili və xarici kommunikasiyalar üçün planın hazırlanması;
Planlama xidmətində üstünlüklərimiz:
Qənaət edirik
Marağımız layihənin planlama işi zamanı maliyyə, material, insan resurslarınıza maksimum şəkildə qənaət etməkdir. Bunun üçün də beynəlxalq və daxili bazarda tətbiq etdiyimiz metodlardan istifadə edirik.
Ünsiyyət bacarığı
Bu işdə layihə iştirak edən bütün tərəflər ilə ünsiyyət quraraq onları razı salmaq xüsusi bacarıq tələb edir. Fəaliyyətimizin 19 ilini inşaat sektoruna sərf etdiyimiz üçün hər bir layihə iştirakçısı ilə dil tapa bilirik.
Problem həll etmə
İnşaat sektorunda görülən işlərin çoxşaxəli olması bir çox hallarda yarana biləcək riskləri görməyə imkan vermir. Biz bu xoşagəlməz hal ilə rastlaşmayasınız deyə hər prosesin sonunda yoxlama işlərini həyata keçiririk.
B Planı
Baş verə biləcək hadisələrə qarşı hər zaman B planımız var. Shift (Dəyişiklik) menecmentini yaxşı mənimsədiyimiz üçün baş verən hadisələrə anında müdaxilə edib, layihənin nəzərdə tutulan plandan kənara çıxmasının qarşısını ala bilərik.
Bizə etibar etdilər